Fizika fakültəsində elmi seminar keçirilib
Fizika fakültəsində 27 Mart “Elm günü” ilə bağlı tədbirlər davam etdirilir. Bu tədbirlərçərçivəsində 16 mart 2022-ci il tarixində Fiziki elektronika kafedrasının elmi sminarı keçirilib. Seminarda kafedranın dosenti, fizika elmləri doktoru Tərlan Hüseynov “QAZ BOŞALMASI PLAZMASININ PARAMETRLƏRİ” mövzusunda məruzə etmişdir. T.Hüseynov qeyd etmişdir ki, ionlaşmış qazın plazma xassəsi kəsb etməsi üçün aşağıdakı şərtlər ödənməlidir:
- Kvazineytrallıq şərti ( atomun birqat ionlaşması halında).
- şərti. Burada – Debay radiusu, L- isə plazma yerləşən həcmin xarakterik ölçüsüdür.
- Plazmada yüklü zərrəciklərin istilik hərəkətinin sürətləri onların sahədə istiqamətlənmiş hərəkət sürətlərinə nəzərən böyük qiymətə malik olmalıdır.
- İonlaşma dərəcəsi şərtini ödəməlidir.
Yuxarıdakı şərtləri ödəyən plazmanın mövcudolma rejimlərini bilərək parametrləri təyin edilir.
1) λ > R (R - xarakterik ölçü, l - zərrəciyin sərbəst qaçış yolunun orta uzunluğudur). Bu hal, yüklü zərrəciklərin divara sərbəstçatma rejimi adlanır. Yüklü zərrəciklərin divara sərbəstçatma rejimində qazın təzyiqi kiçik olduğundan, yüklü zərrəciklərin özləri arasındakı (elektron-elektron e→e, ion-ion i→i və elektron-ion e®i) qarşılıqlı təsirləri, şüalanmanın təsirini, əks işarəli yüklərin həcmi rekombinasiyasını və s. prosesləri nəzərə almamaq olar. Bu rejimdə əsas rolu yüklü zərrəciklərlə neytral atomlar (molekullar) arasındakı qarşılıqlı təsir oynayır.
2) λ < R. Bu hal, yüklü zərrəciklərin diffuziya rejimi adlanır. Yüklü zərrəciklərin diffuziya rejimində qazın təzyiqi nisbətən böyük olur, əsas proseslər həcmdə zərrəciklərin toqquşmaları ilə müəyyən olunur. Əks işarəli yüklərin həcmdə rekombinasiyası nəzərə alınmır. Bu rejimdə plazma parametrləri arasındakı əlaqə Şottki nəzəriyyəsi əsasında yaradılır.
3) λ<<R. Bu hal, kontraksiya rejimi adlanır. Kontraksiya rejimində qazın təzyiqi böyük qiymətə malik olur və bu halda, əsasən həcmdə yüklü zərrəciklərin rekombinasiyası, temperaturun qeyri-bircinsliyi və s. proseslər nəzərə alınır. Ümumiyyətlə, göstərilən rejimlərdə plazmanı xarakterizə edən əsas parametrlər – plazmanın fəza potensialı, elektronların konsentrasiyası, aksial istiqamətdə elektrik sahəsinin intensivliyi və yüklü zərrəciklərin paylanma funksiyaları təyin edilir.
Bundan başqa, yüklü zərrəciklərin divara sərbəstçatma rejimində, pilləli ionlaşma rejimində (iki xüsusi halda: metastabil səviyyələr elektron zərbəsilə dağılır və metastabil səviyyələr diffuziya nəticəsində divarda yox olur) və rekombinasiya rejimilərində müsbət sütunun impedansının tezlikdən asılılıqlarına görə yüklü zərrəciklərin həmin rejimdə yaşama müddətlərini taparaq, plazmanın digər parametrləri (elementar proseslərin reaksiya sürətləri) tədqiq edilir.
Məruzəçi iştirakçıların suallarını cavablandırdı. Seminar təqdim olunan məlumatların müzakirəsi ilə başa çatdı.