Fizika fakültəsində elmi seminar keçirilib
17 aprel 2023-cü il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın professoru Rasim Məmmədov "Metal və yarimkeçirici nanokompozitlərin innovativ tətbiq imkanları" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, elektrodlarından biri metal və ya yarimkeçirici nanokompozit olan Şottki diodlarında konntakt səthinin məhdudluğu hesabına yaranan əlavə elektrik sahəsi nanokontaktlarda potensial çəpərin formalaşmasında əsas rol oynayır. Nanohissəciklərin konsentrasiyasının dəyişməsi hesabına nanokompozit əsaslı Şottki diodlarının elektrofiziki, foto və termoelektrik xassələrinin dəyişməsi onlardan müxtəlif təyinatlı çevricilirin hazırlanmasına geniş imkanlar açlır.
Rasim Məmmədovun təqdim etdiyi araşdırma nəticələri seminar iştirakçıları arasında maraq doğurub və geniş müzakirələrə səbəb olub.