Fizika fakültəsində elmi seminar keçirilib

23 fevral 2026-cı il tarixində Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib. Seminar “2026-cı il – Memarlıq və Şəhərsalma” ilinə həsr olunub. Seminarda kafedranın dosenti Arif Orucov “Sənaye müəssisələrindən atmosferə buraxılan tüstülərin zərərsizləşdirilməsinə lazer şüalanmasının tətbiqi” mövzusunda çıxış edib.
Məruzəçi qeyd edib ki, Lazer şüalanmasına əsaslanaraq ionlaşma yaratmaqla elektrodların səthində və ya qaz olan fəzada plazmanın xassələrini və xarakteristikalarını öyrənməklə lazer elektrosüzgəcləri yaratmaq mümkündür. Bu istiqamətdə o, aşağıdakı ideya və fərziyyələri irəli sürüb:
- Müxtəlif materiallardan hazırlanmış elektrodların səthində və qaz olan fəzada optik plazmanın mühitdə paylanmasınınn tədqiqi.
- Optik qaz boşalmasının sərhəd şərtlərini müəyyən etmək.
- Səth və həcm plazmasının spektral xarakteristikalarını ölçmək.
- Çoximpulslu lazer şüalanmasının səth və həcm plazmasının xarakteristikalarına təsirinin öyrənilməsi.
A.Orucov daha sonra bildirib ki, yüksək güclü lazer şüalanması şəffaf maddələrdə yayıldıqda, lazer şüasının öz-özünə təsirləri tez-tez müşahidə olunur ki, bu da işığın öz-özünə fokuslanmasına və ya özünəməxsus hala gəlməsinə səbəb olur. Öz-özünə fokuslanma fenomeni şəffaf mühitlə ötürülən lazer şüasının maksimum gücünü məhdudlaşdırır və sanki bu an enerli partlayışı baş verir və mühitin həmin yerində plazma görünüşü, zərbə dalğaları, şəffaf materialların mexaniki məhvi, kraterlər və s. yaranır. İnfraqırmızı və ultra bənonşəyi lazer şüalanması ilə metalin səthində baş verə biləcək kimyəvi reaksiyalara, adsorbsiya və desorbsiya proseslerinə, atom və molekullarin metalın səthində ionlasmasına tətbiq etmək mümkündur. Lazer intensivliyi IL> Ia oldugundan bu şərti odəyən istənilən maddənin atomlarının və ya molekullarının ionlaşmasına zəmanət vermək olar. İonlaşma qeyri-xətti optik səbəbindən daha aşağı intensivliklərdə də baş verə bilər. Burada iki proses – cox fotonlu ionlaşma və ya tunel ionlaşması mümkündür. Optik harmoniyanın generasiyası lazer mənbələrinin spektral diapazonunu əhəmiyyətli dərəcədə genişləndirir. Lazer şüalanması ilə həyəcanlanan qeyri-xətti kristallarda parametrik işıq generatorları yaratmaq mümkündür; bu cihazlar lazer şüalanmasını daha aşağı tezlikli şüalanmaya çevirməyə imkan verir ki, bunu da kristalın fırlanması və ya temperaturunun dəyişdirilməsi ilə rəvan şəkildə tənzimləməklə həyata keçirmək olar.Yüksək güclü lazer şüalanması maye və bərk cisimlərdə məcburi kombinosion səpilmə yəni - stimullaşdırılmış Raman səpilməsi müşahidə edilə bilər.
Nəzəri tədqiqat nəticəsində müəyyən edilmişdir ki, plazma əmələ gəlməsinin müəyyən energetik astanası (poroqu) vardır.Müəyyən edilmişdir ki,az enerji sıxlıqlı lazer şüalanması zamanı səthi plazmanın əmələ gəlməsi mexanizmi səthin qeyri-bircinsliklərində udulmanın hesabına yaranır. Coxpilləli lazer şüalanmasında səthin qeyri-bircinsliklərində udulmanın “yanma effekti” müşahidə edilmişdir. Alınmış nəticələr qaz boşalmasında olan maddələrin diaqnostikasını aparmağa imkan verir.