Fizika fakültəsində elmi seminar keçirilib
27 sentyabr 2024-cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi Fidan Əhmədova "Cu3In5Se9, Cu3In5Se9 və Ag3In5Se9 yarımkeçirici nümunələrində qeyri-tarazlıq elektron hadisələri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi tədqiq olunan materialların optik və fotoelektrik xüsusiyyətlərinin dərin təhlili və onların enerji konversiya texnologiyalarında istifadə olunma potensialı ilə bağlı nəticələri təqdim edib.
O, qeyd edib ki, tədqiqat üç əsas mərhələdən ibarətdir: birinci mərhələ, nümunələrin kristal strukturlarını və fotovoltaik potensiallarını araşdırmaq idi ki, bu, onların fotovoltik tətbiqlərindəki imkanlarını daha yaxşı anlamaq üçün vacib rol oynayırdı. Bu tədqiqatlar, Nova University Lisbon-da aparılıb və uğurla başa çatdırılıb. İkinci mərhələdə, bu kristallardan hazırlanmış nazik təbəqələrin elektrik və optik xassələri tədqiq olunacaqdır. Son mərhələdə isə, bu kristallardan istifadə edərək sadə və tandem günəş batareyalarının hazırlanması və onların effektivliyinin qiymətləndirilməsi planlaşdırılır.
Fidan Əhmədovanın təqdim etdiyi araşdırma nəticələri seminar iştirakçıları arasında maraq doğurub və geniş müzakirələrə səbəb olub.