Fizika fakültəsində elmi seminar keçirilib
25 may 2023-cü il tarixində Fizika fakültəsinin “Fiziki elektronika” kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Şirxan Hümbətov “Maye kristalların müasir elektronika cihazlarında tətbiq imkanları” mövzusunda çıxış edib. Ş.Hümbətov müasir displey texnologiyasının inkişaf istiqamətləri və qarşılaşdığı çətinliklər barədə ətraflı məlumat verib. O, displey sənayesinin yeni törəmə texnologiyası hesab edilən AR və VR-ın inkişaf tendensiyası və maye kristalların bunların inkişafındakı vacibliyini qeyd edib. Daha sonra məruzəçi maye kristalların immersiv texnologiya ilə yanaşı onların 5G antenalarda və elektrooptik qurğularda tətbiq imkanları haqqında faydalı məlumatlar paylaşıb.