Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib

02 mart 2026-cı il tarixində saat Fizika fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 2025-2026-cı tədris ilinin qış imtahan sessiyasının nəticələrinin müzakirəsi
- Fakültənin 2025-ci il üzrə hesabatı
- Cari məsələlər
Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək, Elmi Şuranın iclasının gündəliyini iştirakçılara təqdim etdi. Elmi Şura üzvləri gündəliyi təsdiq etdikdən sonra Bəxtiyar Paşayev əvvəlcə Fizika fakültəsinin 2025-2026-cı ilin qış imtahan sessiyasının nəticələrini və Fizika fakültəsinin 2025-ci il üçün fəaliyyətinə dair hesabatı təqdim etdi. Üzakirələrdən sonra Elmi Şura üzvlərinin açıq səsverməsi ilə hesabat qəbul edildi.
Cari məsələlər müzakirə olunduqdan sonra Elmi Şuranın iclası başa çatdı.