Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib

01 may 2026-cı il tarixində Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” adlı XXVI Respublika elmi konfransının təşkili və keçirilməsi, hazırlıq işlərinin vəziyyəti
- Buraxılış işlərinin və magistr disssertasiya işlərinin hazırkı vəziyyəti
- Respublika olimpiadasının keçirilməsi haqqında
- PHYSICS & SPACE SCIENCES jurnalının hazırkı vəziyyəti
- Cari məsələlər
Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək, Elmi Şuranın iclasının gündəliyini iştirakçılara təqdim etdi. Elmi Şura üzvləri gündəliyi təsdiq etdikdən sonra Bəxtiyar Paşayev əvvəlcə “Fizika və astronomiya problemləri” adlı XXVI Respublika elmi konfransına hazırlığın vəziyyəti barədə məlumat verdi, kafedraları konfransın keçirilməsində fəal iştiraka dəvət etdi. Sonra bakalavrların buraxılış işlərinin və magistrantların dissertasiya işlərinin hazırlıq vəziyyəti və ilkin müzakirələrin keçirilməsi vəziyyəti barədə kafedra müdirlərinin məlumatı dinlənildi. 3-cü məsələ ilə bağlı danışan Bəxtiyar Paşayev əvvəlki illərdə keçirilmiş olimpiadalarda Fizika fakültəsinin tələbələrinin yüksək nəticələr əldə etdiyini qeyd etdi və bu ilki olimpiadaya hazırlıq barədə məlumat verdi.. Daha sonra PHYSICS & SPACE SCIENCES jurnalının nəşrində qarşıya çıxan problemlər və onların həlli yolları haqqında danışıldı. Cari məsələ olaraq Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi Süleyman Sərməsovun hazırladığı “Kvant elektronikasının əsasları: nəzəri əsaslar və izahlı məsələlər” adlı dərs vəsaitinə qrif verilməsi məsələsinə baxıldı. Dərs vəsaitinə qrif verilməsi üçün BDU Elmi Şurasına təqdim olunması qərara alındı.