Fizika fakültəsində Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib
22 fevral 2024-cü il tarixində Fizika fakültəsinin iclası keçirilib. İclasda fakültə Həmkarlar İttifaqı Komitəsinin sədrinin seçilməsi məsələsinə baxılıb. Əvvəlcə fakültə HİK-in Əlinağı Məhəmmədov hesbat məruzəsi edib. O, son 5 il ərzində fakültə HİK tətəfindən görülmüş işlər barədə danışıb. HİK-in fəaliyyəti qənaətbəxş hesab olunub. Sonra yeni sədrin seçkisi keçirilib. Fakültə HİK sədri vəzifəsinə Yarımkeçiricilər fizikası kafedrasının dosenti Əlinağı Məhəmmədovun namizədliyi irəli sürülüb. Bildirilib ki, Əlinağı Məhəmmədov 1996-cı ildən Fizika fakültəsi HİK-ə rəhbərlik edir. Bu müddət ərzində o, fakültə əməkdaşlarının problemlərinin həlli ilə bağlı HİK tərəfindən mümkün tədbirlərin görülməsi, ehtiyacı olanlara maddi təminatların ayrılması, fakültədə sosial yönümlü tədbirlərin təşkili işlərini müvəffəqiyyətlə həyata keçirib. Fakültə əməkdaşlarının səsverməsi ilə Əlinağı Məhəmmədov yenidən Fizika fakültəsi Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Fizika fakültəsinin kollektivi adından Əlinağı müəllimi təbrik edir və işində uğurlar arzulayırıq.