Fizika fakültəsində “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib
10 May 2023 16:43
Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Sonra Ulu Öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə fakültə dekanı Bəxtiyar Paşayev çıxış edib. O, Ümummilli Liderin Azərbaycan dövlətinin tarixində oynadığı rol, gördüyü işlər, həmin işlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə danışıb. Sonra Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov azərbaycançılıq ideologiyasının Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsası olması, bu idologiyanın formalaşması istiqamətində Ulu Öndərin həyata keçirdiyi fəaliyyət, bu ideologiyanın təkcə Azərbaycan dövlətinin sərhədləri daxilində deyil, bütün dünya azərbaycanlıları arasında milli həmrəyliyin əldə olunmasına verdiyi töhvə barədə məliumat verib. O, həmin ideologiyanın öz bəhrəsini Böyük Zəfərlə başa çatan 44 günlük savaşda özünü bariz şəkildə göstərdiyini qeyd edərək bildirdi ki, həmin müddətdə bütün dünya azərbaycanlıları xalqımızın haqq davasının müdafiəsində fəal iştirak etdilər, hər yerdə erməni yalanlarının ifşa edilməsində, erməni təxribatlarının qarşısının alınmasında canla-başla mübarizə apardılar. Eyni zamanda, Azərbaycanda yaşayan istisnasız olaraq bütün etnik qrupların nümayəndələri torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla savaşdılar. Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətində ilk səfiri, sonradan İspaniya krallığında səfir olmuş Bərk cisimlər fizikası kafedrasının professoru Məmməd Əliyev çıxış etdi. O, Ulu Öndər Heydər Əliyevlə 11 il ərzində birgə çalışmağından, onun tələbkarlığından və qayğıkeşliyindən danışdı, xatirələrini bölüşdü.
Sonra fakültənin III kurs tələbəsi Gülcan Qasımova təqdimatla çıxış etdi, II kurs tələbələri Lalə Zeynalova və Şövkət Xasıyeva Ulu Öndərə həsr olunmuş şerlər söylədilər. Tədbir Ulu Öndərin ifasında “Azərbaycan” şerinin səslənməsi ilə başa çatdı.
Son XƏBƏRLƏR
18.10.2024 | 11:56
Fizika fakültəsində “Müstəqilliyin bərpası günü” qeyd olunub
18.10.2024 | 11:52
“Optika və molekulyar fizika” kafedrasının professorunun yubileyi
18.10.2024 | 09:10
18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
16.10.2024 | 17:26
Maddə quruluşu kafedrasında magistrantlarla görüş keçirilib
16.10.2024 | 09:35