Fizika fakültəsində ilk dərslər Heydər Əliyev ilinə həsr olunub
15 Sentyabr 2023 12:10
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. 15 sentyabr 2023-cü il tarixində bu münasibətlə Fizika fakültəsində ilk dərslər Ümummilli Lider Heydər Əliyevə həsr olunub. Bu məqsədlə fakltənin vaxtilə Ümummilli Liderlə görüşmüş, onunla birgə çalışmış əməkdaşlarının I kursa qəbul olunmuş tələbələrlə görüşü təşkil olunub.
Fakültənin “Yarımkeçiricilər fizikası “kafedrasının müdiri, professor Vaqif Salmanov Ümummilli Lider Heydər Əliyev və Bakı Dövlət Universiteti, Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasəti, Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli, Heydər Əliyev və Azərbaycanın güclü iqtisadiyyatının yaradılması, Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti, Heydər Əliyevin kadr siyasəti və Heydər Əliyev yolunun davamçısı mövzularında fikirlərini tələbələrlə bölüşdü, xatirələrini danışdı. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin necə inkişaf etməsi barədə məlumat verdi. O, Heydər Əliyevin elmə və təhsilə xüsusi diqqət ayırdığını, Azərbaycana rəhbərlik etdiyi illərdə minlərlə gəncin təhsil almaq və dövrün tələblərinə uyğun mütəxəssis və tədqiqatçı kimi yetişməsi üçün keçmiş SSRİ-nin aparıcı elm və təhsil mərkəzlərinə göndərilməsini təşkil etdiyini, həmin şəxslərin sonradan müstəqil Azərbaycanın dövlət quruculuğunda məhz Ulu Öndərin rəhbərliyi altında səmərəli fəaliyyət göstərdiklərini, dünya ölkələrində Azərbaycan diasporasının təşkilində və fəaliyyətində fəal iştirak etdiklərini qeyd etdi. Vaqif Salmanov hələ 1960-cı illərin sonunda Heydər Əliyevin BDU-da onun işlədiyi laboratoriyada olması, aparılan elmi tədqiqatlarla maraqlanması, Azərbaycanda yarımkeçiricilər fizikası və elektronika üzrə mütəxəssis hazırlığı üzrə dəyərli tövsiyələr verməsi barədə məlumat verdi.
“Yarımkeçiricilər fizikası “kafedrasının professoru, Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri olmuş, elmi və ictimai fəaliyyətindəki uğurlarına görə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 1999-cu və 2001-ci illərdə ilin qadını elan edilmiş Adilə Abasova Heydər Əliyevlə hələ1980-ci illərin sonu, 90-cı illərin əvvəlində Moskva şəhərində tanış olduğunu qeyd etdi. O, xüsusən 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gəlməsi, nümayəndəliyin qarşısına toplaşmış azərbaycanlılarla görüşməsi, həmin qanlı hadisənin cinayət olması barədə bəyanat verməsinin canlı şahidi olduğunu bildirdi. Adilə xanım Abasova Ümummilli Liderin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra onun tərəfindən Milli Məclisdə şöbə müdiri təyin eildiyini və onun rəhbərliyi altında fəaliyyət göstərməyin necə məsuliyyətli, eyni zamanda şərəfli bir iş olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Heydər Əliyev ölkənin bütün problemlərini və həmin problemlərin həlli yollarını bilən, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, ölkəmizin hansı ədalətsizliyə məruz qaldığının beynəlxalq aləmə çatdırılması, ordu quruculuğu, güclü iqtisadiyyatın yaradılması üçün yorulmadan çalışan bir lider idi. Adilə Abasova Heydər Əliyevlə müxtəlif tədbirlərdə - dünya azərbaycanlılarının I qurultayında, Azərbaycan qadınlarının qurultayında və digər tədbirlərdə dəfələrlə görüşdüyünü, həmin görüşlərin onda dərin iz buraxdığını dedi.
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dərslər I kurs tələbələri tərəfindən maraqla qarşılanıb. Professorlar Vaqif Salmanov və Adilə Abasova tələbələri maraqlandıran sualları cavablandırıblar.
Son XƏBƏRLƏR
17.11.2024 | 11:33
17 Noyabr - Milli Dirçəliş Günüdür
14.11.2024 | 15:40
BDU-nun yeni unikal layihəsi – Universitetdə “EKO MƏKAN”
12.11.2024 | 19:12
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür
09.11.2024 | 21:48
Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!
09.11.2024 | 21:25