Fizika fakültəsində Novruz tədbiri keçirilib

18 mart 2026-cı il tarixində Fizika fakültəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. Fakültə tələbələrinin təşkilatçılığı ilə keçirilən tədbiri fakültə dekanı Bəxtiyar Paşayev və sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov Novruz bayramı, onunla bağlı xalqımızın adət-ənənələri, bu bayramın xalqımızın tarixi ilə sıx bağlı olması barədə danışıb. Onlar Novruz bayramının Ulu Öndərin sevimli bayramı olması, onun həm Novruz bayramına, həm də digər milli adət-ənənələrimizə göstərdiyi diqqət, xalqımızın tarixi ilə bağlı olan bu adətlərin yaşadılmasında gənclərin rolu barədə fikirləri haqda ətraflı məlumat veriblər. Sonra Novruz bayramı ilə bağlı videoçarx nümüyiş etdirilib. Tələbələr bayramla bağlı şer oxuyub, mahnı ifa ediblər. Tədbirin sonunda müəllimlər və tələbələr yumurta döyüşüblər.