Fizika fakültəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

BDU Fizika fakültəsinin 2026-cı il sosial tədbirlər planına uyğun olaraq 07 may 2026-cı il tarixində Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının və "BDU könüllüləri"nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Ulu Öndərin İşıqlı Yolu" adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib və Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb. İlk olaraq Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Heydər Əliyev: dövlətçilik məktəbi” adlı məruzə ilə çıxış edib. O, Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafında, müstəqilliyinin qorunmasında həyata keçirdiyi misilsiz xidmətləri barədə ətraflı danışaraq, Ulu Öndərin həyatının bütün nəsillər üçün mükəmməl bir dövlətçilik məktəbi olduğunu qeyd edib. Bəxtiyar Paşayev həmin dövlətçilik məktəbinin məzunlarının bu gün müxtəlif dövlət orqanlarında uğurla çalışdığını, Heydər Əliyev dövlətçilik məktəbinin ən tanınmış məzunu, Ulu Öndərin layiqli daqvamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduğunu diqqətə çatdırıb.
Daha sonra "Yarımkeçiricilər fizikası" kafedrasının müdiri Vaqif Salmanov Ulu Öndər barədə xatirlərini danışıb, onun elmə və təhsilə nə qədər önəm verdiyini qeyd edib. Maddə quruluşu kafedrasının dosenti Tünzalə Bayramova da Heydər Əliyevin Azərbaycan gənclərinin təhsilini daim diqqət mərkəzində saxladığını, təhsilin inkişafı üçün hərtərəfli dəstək verdiyini vurğulayıb.
Fakültənin 1ci kurs tələbəsi Aysun Hüseynova Heydər Əliyev haqqında çıxış edib.
Tədbirin sonunda tələbələrin Ümumilli Lider Heydər Əliyev barədə hazırladıqları maraqlı videoçarx nümayiş olunub.