Fizika fakültəsində Xocalı faciəsinin 33 illiyi ilə bağlı “Sağalmayan yara” adlı tədbir keçirilib
25 fevral 2025-ci il tarixində Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı “Sağalmayan yara” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edərək Xocalı faciəsinin insanlıq tarixinin ən ağır faciələrindən biri olduğunu qeyd edib. O, tələbələrə ölkəmizin və xalqımızın tarixi ilə bağlı məlumatlara yiyələnməyi, bilikli olmağı, xarici ölkələrdə olarkən müxtəlif platformalarda haqq işimizi müdafiə etməyi tövsiyə edib. Sonra fakültə dekanı Bəxtiyar Paşayev “Qisas qiyamətə qalmadı” adlı məruzə edib. O, çıxışında Xocalı faciəsi, bu faciənin baiskarları, məqsədləri barədə ətraflı danışıb, torpaqlarımızın işğaldan azad olunmasının və ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsinin düşmənlərimizə layiqli cavab olduğunu bildirib. Bəxtiyar Paşayev həmçinin bu gün Qarabağda aparılan quruculuq işlərindən danışaraq, Qarabağımızın şəhidlərimizin ruhunun huzr tapaçağı bir cənnətə çevrildiyini qeyd edib.
Sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.