Fizika fakültəsinin Astrofizika kafedrasının elmi seminarı keçirilib
21 dekabr 2023-cü il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasının elmi seminarında kafedranın magistrantlarının məruzələri dinlənilib. Belə ki, II kurs magistrant Zəhra Şahmarlı “G spektral sinifli ulduzların atmosfer parametrləri”, I kurs magistrantı Aytac Cəfərzadə “Kosmoloji sabit və Eynşteynin qravitasiya tənlikləri üçün Şvarsşild həllinin xüsusiyyətləri“ mövzularında məruzə ediblər.
Zəhra Şahmarlı bildirib ki, HD 10697, HD 9362, HD 9562 ulduzlarının və indekslərinin və parallaksının müşahidə və nəzəri qiymətlərinin müqayisəsi əsasında cütləri tapılır və müstəvisində onların müxtəlif kombinasiyalarına uyğun qrafiklər qurulur. Həmin qrafiklərin kəsişmə nöqtələrinin həndəsi mərkəzi bu ulduzların və -ni təyin edir. Nəticə olaraq HD 10697 ulduzu üçün HD 9562 üçünHD 9362 üçün tapılır.
Aytac Cəfərzadə qeyd edib ki, kosmoloji model verilmiş miqyasda fəza-zaman həndəsəsi, bu miqyasda materiyanın davranışı, maddə ilə fəza-zamanın qarşılıqlı təsirinin müəyyən edilməsinə əsaslanır. Bütün kosmoloji modellər Ümumi Nisbilik nəzəriyyəsinə əsaslanır. Kainatın sürətlənən genişlənməsini izah edən kosmoloji sabit Svarsşild metrikasına daxil edildikdə Eynşteyn sahə tənliklərinin bu həlli Svarsşild – de Sitter metrikası ilə ifadə olunur. Bu metrika vasitəsi ilə sferik-simmetrik kütləvi obyektin xaricində və eləcə də daxilində olan qravitasiya sahəsi təsvir edilə bilər. Başqa sözlə, kosmoloji sabitli Svarsşild həlli Kainatın genişlənməsini izah etməklə yanaşı, verilən kütləvi obyektin yaxınlığındakı fəza-zaman əyriliyini də təsvir edir.
Seminar iştirakçıları mövzular və magistrantların çıxışları barədə fikirlərini bildirib, gənc tədqiqatçılara dəyərli məsləhətlər veriblər.