Fizika fakültəsinin doktorantları ilə görüş keçirilib
3 Fevral 2026 15:49

03 fevral 2026-cı il tarixində Fizika fakültəsinin rəhbərliyinin fakültənin fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantları ilə görüşü keçirilib. Görüşdə doktorantların dissertasiya mövzuları üzrə gördükləri işlər, dərc olunmuş məqalələr barədə qısa hesabatları dinlənilib. Tədris müddəti bitmək üzrə olan doktorantların dissertasiya müdafiəsinə hazırlıq məsələləri müzakirə olunub, elmi seminarlarda məruzələrlə çıxış etmələri tövsiyə olunub. Bundan başqa, Fizika fakültəsi Gənc Alimlər Şurasının fəaliyyəti müzakirə edilib və gənc doktorantların həmin şuranın fəaliyyətində yaxından iştirak etmələri tapşırılıb.
Son XƏBƏRLƏR
10.07.2026 | 13:43
Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
07.07.2026 | 17:32
BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”
06.07.2026 | 15:43
Fizika fakültəsində elmi seminar keçirilib
03.07.2026 | 10:53
IV Respublika Olimpiadasının qalibləri elan edilib.
02.07.2026 | 11:30