Fizika fakültəsinin elmi seminarında Simlər nəzəriyyəsi müzakirə olunub
Fizika fakültəsinin elmi seminarında Simlər nəzəriyyəsi müzakirə olunub
12 fevral 2024-cü il tarixində Fizika fakültəsinin Maddə quruluşu kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Niyazi Həsənov “Simlər nəzəriyyəsinə baxış” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Simlər nəzəriyyəsinə "hər şeyin nəzəriyyəsi” kimi baxılırdı və məqsədi müasir fizikanin əsasında duran iki nəzəriyyəni - ümumi nisbilik nəzəriyyəsini və kvant mexanikasini birləşdirmək idi. Simlər nəzəriyyəsi belə bir hipotezə əsaslanıb kı, bütün elementar zərrəciklər və onların fundamental qarşiliqlü təsirləri ultramikroskopik kvant simlərin rəqsləri və qarşılıqlı təsirləri nəticəsində yaranır. Nəzəriyyənin riyazi dəqiqliyi və tamlığına baxmayaraq hələ onu təcrübədə təsdiq etmək mümkün olmayıb.Sımlər nəzəriyyəsi zərrəciklərin müxtəlifliyini izah edir, bu zərrəciklərin bir-biri ilə qarşılıqlı təsirdə olmasını xəbər verir, qravitasiyanın kvant təsvirini verir və qara dəliyin qapısını açır. Qara materiyanı izah etmək üçün hipotetik zərrəcik- "aksion" təklif edir. Seminarın sonunda suallar cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.