Fizika fakültəsinin Elmi Şurasının iclası keçirilib
07 fevral 2023-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) Astrofizika kafedrasında boş olan baş müəllim vəzifəsini tutmaq üçün seçkinin keçirilməsi,
2) Cari məsələlər
Elmi Şuranın sədri Bəxtiyar Paşayev iclası açıq elan edərək 6 fevralda qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələnin baş verdiyini bildirdi. Elmi Şuranın üzvləri dünyasını dəyişən zəlzələ qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra Bəxtiyar Paşayev gündəliyi şura üzvlərinin müzakirəsinə təqdim etdi. Gündəlik təsdiq edildikdən sonra Bəxtiyar Paşayev birinci məsələ ilə bağlı bağlı məlumat verdi. O, qeyd etdi ki, “Xalq qəzeti”nin 2022-ci il 22 dekabr tarixli (№ 280 (30108)) buraxılışında dərc olunmuş elanda Fizika fakültəsinin Astrofizika kafedrasında boş olan 1 ştat baş müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Bu boş yeri tutmaq üçün yalnız 1 iddiaçı – hal-hazırda Astrofizika kafedrasında baş müəllim vəzifəsində işləyən Zəminə Feyzulla qızı Əliyeva ərizə ilə müraciət edib. Astroizika kafedrasında keçirilmiş iclasın qərarına əsasən kafedra əməkdaşları Zəminə Əliyevanın baş müəllim vəzifəsinə keçməsi üçün namizədliyini Fizika fakültəsinin Elmi Şurasının müzakirəsinə təqdim ediblər.
Gizli səsvermənin aparılması üçün Elmi Şuranın üç üzvündən ibarət Hesablama Komissiyası təsdiq olundu. Gizli səsvermə keçirildi və Astroizika kafedrasına Zəminə Feyzulla qızı Əliyeva 1 ştat baş müəllim vəzifəsinə seçildi.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatdı.