Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmi seminarı keçirilib
11 aprel 2023-cü il tarixində BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmlar elmi-tədqiqat laboratoriyasında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmi seminarı keçirilmişdir. Seminarda kafedranın III kurs doktorantı Güləhmədov Orxan Güləhməd oğlu “Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyasına tətbiqi” mövzusunda çıxış etmişdir. Məruzəçi triboelektrik nanogeneratorların (TENG) fiziki əsasları, səthi strukturların TENG-in çıxış parametrlərinə təsiri, belə sistemlərin enerji generasiya edən sistem və öz-özünü enerji ilə təmin edə bilən sensor kimi və s. tətbiq imkanları barədə məlumat verdi. O, eyni zamanda TENG-lərin ağıllı nəqliyyat texnologiyalarına tətbiqi və hibrid formalı enerji sistemlərin yaradılmasının magistral yollarda olan bir çox elektronik sistemlərin enerji təminatının ödənilməsində enerji mənbəyi və sensor kimi istifadəsinin aktuallığı barəsində aparılmış elmi-tədqiqat işlərini seminar iştirakçılarının diqqətinə çatdırdı.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.