Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib.
Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda Fizika fakültəsi IV kurs FzM 215-ci qrup tələbəsi Muradzadə Fərqanə “Fizikanın yeni tətbiq sahələri” adlı məruzə təqdim edib. O, qeyd edib ki, kvant texnologiyaları sayəsində ultra-sürətli kompüterlər və yüksək təhlükəsizlikli rabitə sistemləri inkişaf etdirilir. Nanotexnologiya fizikanın nailiyyətlərindən istifadə edərək, tibbdə, elektronikada və materialşünaslıq elmlərində inqilabi yeniliklər yaradır. Plazma fizikası günəş enerjisini imitasiya edərək gələcəyin təmiz və tükənməz enerji mənbəyi olan nüvə sintezi reaktorlarını inkişaf etdirməyə kömək edir. Biofizika canlı sistemlərin fiziki prinsiplərlə necə işlədiyini araşdıraraq, yeni dərmanlar və süni orqanlar yaratmağa kömək edir. Kvant sensorları sayəsində daha dəqiq tibbi diaqnostika cihazları və yüksək həssaslığa malik ölçü alətləri hazırlanır. Kosmik texnologiyalar fizikanın köməyi ilə yeni planetlər və qalaktikalar haqqında məlumat toplayaraq, kainatın sirrlərini açmağa imkan yaradır. Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müzakirələr aparılıb.