Fizika fakültəsinin tələbəsi Avropa seminarında iştirak edib
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Arzu Baxışova 11-14 iyun 2024-cü il tarixlərində Litvanın Vilnüs şəhərində keçirilən “Yenilikçi və inkişaf etmiş Epitaksiya üzrə Avropa seminarı”nda (European Workshop on Innovative and Advanced Epitaxy) iştirak edib və “Kation-anion nisbətinin CdS nanohissəciklərinin optik xüsusiyyətlərinə təsiri” (Influence of cation to anion ratio on the optical properties of CdS nanoparticles) mövzusunda məruzə ilə çıxış edib. Seminarda dünyanın aparıcı universitetlərindən dəvət olunmuş məruzəçilər müxtəlif mövzular ilə epitaksiya üsulu ilə əldə olunan materiallar, onların potensial tətbiq imkanları mövzusunda ən müasir tədqiqat işlərini təqdim edib və mühazirələr oxuyublar. Arzu Baxışova seminar iştirakçılarının suallarını cavablandırıb və qarşılıqlı müzakirələr aparıb.