Fiziki elektronika kafedrasında seminar keçirilib
20 dekabr 2022-ci il tarixində Fizika fakültəsi Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Mustafa Ağayev “Kontakt şəbəkəsi həndəsəsinin silisium Günəş elementinin fotoenerji parametrlərinə təsiri” mövzusunda məruzə edib. M.Ağayev Al80Ni20 amorf metal ərintisi ilə metallaşdırılmış p-n birləşməsinə əsaslanan günəş elementi (GE) haqqında məlumat verib.Qeyd olunub ki, aparılan tədqiqatlarda daraq şəkilli kontakt şəbəkəsinə malik olan Günəş elementinin volt-amper xarakteristikaları və yük müqavimətində olan gərginlikdən çıxış gücünün asılılıqları çıxarılıb, ön tərəfdən kontakt şəbəkəsinin həndəsəsinin silisium Günəş elementinin parametrlərinə təsiri öyrənilib.