Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib
13 may 2025-ci il tarixində Fizika fakültəsinin Fiziki elektronika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedra müdiri professor Əhməd Abdinov “Laylı yarınmkeçiricilərin müxtəlif nümunələrində fotoelektrik xarakteristikalarının fərqlənməsinin səbəbləri və aradan qaldırılması yolları” mövzusunda çıxış edib. O, bildirib ki, özünün kimyəvi tərkibinə və ya kristal quruluşuna görə mürəkkəb olan bir sıra yarımkeçirici materiuallar var ki, onlar müasir elektronika, xüsusilə də optoelektronika üçün maraqlı praktiki tətbiq imkanları daşıyan fiziki xassələrə malik olsalar da, müəyyən fərdi xüsusiyyətlərindən irəli gələn bir sıra amillər buna imkan vermir.
Belə yarımkeçirici materialların son onilliklər ərzində geniş tədqiq olunan bir nümayəndəsi də, laylı quruluşlu AıııBvı yarımkeçirici birləşmələri sinfinə mənsub olan induium-selen kristallarıdır.
Mövcud elmi ədəbiyyatdakı məlumatların təhlili göstərir ki, bu yarımkeçirici optorelektronikanın ən yüksək elektron-foton rabitəli oblastı üçün böyük praktiki tətbiq imkanlarına malik olan perspektivli bir materialdır. Lakin, onun ayrı-ayrı nümunələrində alınmış fotoelektrik xarakteristikalarınnn bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməsi bu yarımkeçiricinin praktiki tətbiqlər üçün keyfiyyətini aşağı salır.
Təqdim edilən məruzədə aparılmış referativ təhlilləır və təcrübi tədqiqatlar əsasında indium–selen yarımkeçiricisində, eləcə də onun kristaqllarının timsalında digər laylı quruluşlu AıııBvı yarımkeçirici birləşmələri kristallarında yuxarıda qeyd olunan problemin səbəbləri və aradan qaldırılmasının mümkün yolları barədə məlumat verilib.