Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib
22 aprel 2025-ci il tarixində Fizika fakültəsi Fiziki elektronika kafedrasının növbəti elmi seminarında kafedranın professoru İzzət Əfəndiyeva “Şottki baryerli diodlarda səth halları və gərginliyin paylanması” mövzusunda çıxış edib. O, təqdimatında Şottki diodlarında səth hallarının rolundan və gərginliyin paylanmasından bəhs edib. Məruzədə Şottki diodlarının əsas xüsusiyyətləri, üstün cəhətləri, hazırlanma texnologiyası və tədqiqat metodları haqqında məlumat verilib. Tədqiqat obyekti kimi müxtəlif tərkibli diodlar seçilib, parametrlərin eyni xarici təsirlərdən asılılığı müqaisə edilib. Müxtəlif temperaturlarda və tezlikərdə alınmış xarakteristikalar əsasında hesablanmış parametrlər, səth hallarının və gərginliyin paylanması təhlil olunub.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.