“GƏLƏCƏYİN ALİMLƏRİ” adlı konfrans keçiriləcək
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş
“GƏLƏCƏYİN ALİMLƏRİ” adlı tələbələrin
VIII Respublika Elmi konfransı
Konfransın bölmələri:
- Nəzəri fizika və astrofizika
- Molekulyar fizika
- Bərk cisimlər fizikası
- Fizikanın tədrisi metodikası
Tezislərin tərtibatına və göndərilməsinə dair qaydalar:
Kağız formatı – A5 (14,85´21 sm), kənar sahələr – hər tərəfdən 1.8 sm.
Şrift, şriftin ölçüsü – Mətnin bütün hissələrində şrift Calibri, şriftin ölçüsü 11 pt.
İnterval və məsafələr – Sətirarası məsafə 1 interval, abzas məsafəsi 0.75 sm (Tab-sız və probelsiz).
Məruzənin adı – baş hərflərlə, tünd şriftlə, mərkəzə düzlənmiş.
Müəllif(lər)in Soyadı A.A– tünd şriftlə, mərkəzə düzlənmiş (elmi rəhbərin adının üzərində ulduz işarəsi qoyulur)
Təhsil (elmi-tədqiqat) müəssisəsi – adi və kursiv şriftlə, mərkəzə düzlənmiş.
Müəllif(lər)in elektron ünvanı – adi və kursiv şriftlə, mərkəzə düzlənmiş
Əsas mətn – adi şriftlə, kənarlara düzlənmiş.
Şəkil, qrafik və cədvəllər – mətndə istinaddan sonra verilir, birdən artıq olduqda nömrələnir.
Formullar – bütün formullar və vahidlər formul redaktoru ilə yazılır.
Konfrans materiallarının dili – azərbaycan, ingilis və rus.
Faylın adlandırılması – bölmənin nömrəsi_birinci müəllifin soyadı (2_Rəhimzadə.docx).
Ədəbiyyat siyahısı – sonda mətndə istinad olunmuş mənbələrin siyahısı verilir.
Tezisin həcmi – şəkillər, qrafiklər, cədvəllər və ədəbiyyat siyahısı da daxil olmaqla tam 2 səhifə.
Qeyd: Bir müəllif ən çoxu 2 tezis təqdim edə bilər. Yalnız tələblərə tam uyğun tərtib olunmuş tezislər qəbul edilir. Bir tezisdə müəlliflərin sayı 2-dən çox olmamalıdır.
Məruzələrin son göndərilmə tarixi: 15 mart, 2023-cü il
Məruzələrin elektron variantının göndəriləcəyi ünvan: [email protected]
Əlaqə nömrəsi: (51) 3980464; (70) 322 88 74; (51) 575 77 39