Gənc tədqiqatçılara sertifikatlar təqdim olunub
1 İyul 2022 20:41

01 iyul 2022-ci il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin xüsusi seminarı keçirilib. Seminarda Tələbə Elmi Cəmiyyətinin fəal üzvlərinə - gənc tədqiqatçılara sertifikatlar təqdim olunub. Fakültə dekanı Bəxtiyar Paşayev tələbələri təbrik edərək Tələbə Elmi Cəmiyyətinin işində, “Gələcəyin alimləri” tələbə elmi konfransında fəal iştirak etdiklərinə görə onların sertifikatla mükafatlandırıldığını bildirdi. O, bu mükafatın gələcək fəaliyyət üçün bir stimul olduğunu qeyd edərək, gələcəkdə elmi-tədqiqat sahəsində tələbələrə daha böyük uğurlar arzuladı. Sonra tələbələrə sertifikatlar təqdim olundu, xatirə fotoları çəkildi.
Son XƏBƏRLƏR
18.06.2026 | 09:07
BDU QS reytinqində 565-ci yerə yüksəldi
17.06.2026 | 17:15
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
17.06.2026 | 13:47
Fizika fakültəsi məzunlarının görüşü keçirilib
11.06.2026 | 22:33
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
05.06.2026 | 16:08