“İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb
2 Fevral 2023 18:56
Bakı Dövlət Universitetində (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı təbiət və texnika elmləri üzrə ən yüksək nəticə göstərərək “İlin gənc alimi” seçilib.
Lalə Qəhrəmanlı İtaliya hökumətinin 2022-2023-cü illər üzrə xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün elan etdiyi qrant müsabiqəsinin qalibidir. O, hazırda İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında tədqiqat aparır. Lalə Qəhrəmanlı müsabiqənin qalibi kimi diplom və 2 000 manat pul mükafatı ilə təltif edilib.
Eyni zamanda BDU-nun yüksək elmi nəticələr göstərən əməkdaşları - Fizika fakültəsinin doktorantı və Nanoaraşdırmalar ETL-in kiçik elmi işçisi Orxan Güləhmədova təşəkkürnamə və pul mükafatı verilib.
Qeyd edək ki, BDU artıq üç ildir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Son XƏBƏRLƏR
17.04.2025 | 11:25
Elmi seminarda Raman spektroskopiyasının xüsusuiyyətləri barədə danışılıb
15.04.2025 | 11:23
Fizika fakültəsində dissertasiya işinin müdafiəsi keçirilib
10.04.2025 | 18:11
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
10.04.2025 | 17:08
Astrofizika kafedrasının elmi seminarı keçirilib
08.04.2025 | 14:10