IV Respublika Olimpiadasının qalibləri elan edilib.

Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr IV Respublika Olimpiadasının qalibləri elan edilib.
Olimpiadada BDU ilə yanaşı, ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universitetindən ümumilikdə 50 tələbə iştirak edib. Olimpiadanın məqsədi Azərbaycan Respublikasında adıçəkilən elmlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.
Nəticələrə əsasən, I yerə BDU-nun Fizika fakültəsinin tələbəsi İsrafil Yusublu layiq görülüb. II yerin qalibləri Elsevər Həsənov (BDU) və Vüsal Əhmədov (ADNSU), III yerin qalibləri isə Elvin Şıxiyev (ADNSU), Tofiq Heydərov (ADA) və Rövşən Ağabəyov (ADNSU) olublar. Həvəsləndirici mükafatlara Firuzə Ağasiyeva (ADPU), Əvəzağa Süleymanzadə (ADA), Əli Eyvazov (AzMİU), Starə Abdinli (SDU), Səbuhi Qurbanov (BDU) və Əlixan Məmmədli (BANM) layiq görülüblər.
03 iyul 2026-ci il tarixində olimpiadanın müsabiqə komissiyasının üzvləri tərəfindən qaliblərə diplomları təqdim olunub.