“Maddə quruluşu” kafedrasında buraxılış işlərinin ilkin müzakirəsi keçirilib

07 may 2026-cı il tarixdə Fizika fakültəsi “Maddə quruluşu” kafedrasının elmi seminarında buraxılış işlərinin ilkin müzakirəsi keçirildi. Seminar çərçivəsində “Fizika” ixtisasında təhsil alan IV kurs tələbələrinin buraxılış işləri üzrə məruzələri dinlənilib və müzakirə olunub. Belə ki,
Səfərli Ülkər Vüqar qızı “Intellektual materialların xüsusi fiziki-kimyəvi xassələri”; Nəsrullayeva Aytac Asif qızı “Bioaktiv molekulların intellektual materiallarda rolu”;
İsayeva Aysun İsa qızı “Günəş enerjisi çeviriciləri üçün yeni materialların işlənməsi”;
Hüseynova Xanımbacı Abas qızı “H-Pro-His-Leu-Ser-Phe-OH molekulunun fəza quruluşunun tədqiqi”,
Qarayeva Fidan Ceyhun qızı “PEQ-dekstran-su ikifazalı sisteminin fazalarının fiziki-kimyəvi xassələrinin tədqiqi”;
Kərimov Gəray Elburus oğlu “KBr duzunun sulu məhlulunun hidratasiya dərəcəsinə PEQ və dekstran polimerlərinin təsiri”;
Quliyev Oktay Məhəmməd oğlu “Hidrodinamik modelə əsasən nüvələrin bölünmə nəzəriyyəsi”;
Muradlı Mələk Nizami qızı "Membrandan maddə nəqli, aktiv və passiv nəql”;
Qocayeva Ayla Zikir qızı “Thymogen molekulunun fəza quruluşunun tədqiqi”;
Əhədova Şəfa Fədail qızı "Radiokarbon üsulu ilə üzvi çöküntülərin yaşının təyin edilməsi”;
Qurbanlı Gülər Yavər qızı “Zülalların quruluş səviyyələrinin formalaşmasında və bioloji aktivliyində hidrogen rabitəsinin rolu”;
Əzizova Aytac Ginadi qızı “Bioloji sistemlərin riyazi modelləşdirilməsi, Volterra tənlikləri” mövzularında məruzə ediblər.
Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, təqdim olunan mövzular ətrafında geniş müzakirələr aparılıb və müvafiq elmi tövsiyələr verilib.