Maddə quruluşu kafedrasında elmi seminar keçirilib
18 mart 2025-ci il tarixdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının elmi seminarında “Bioloji sistemlər fizikası”, “Atom və nüvə fizikası” və “Radiasiya materialşünaslığı” ixtisaslaşmaları üzrə magistrantların magistr dissertasiya işlərinin müzakirəsi keçirilib. Seminarda kafedranın II kurs magistrantları Yusifova Rəhimə Məhəmməd qızı “Neytronların maddələrdən keçərkən diffuziya uzunluğunun təyini”, Əliyeva Nərmin İmdar qızı “Orizatensin molekulunun N tərəf heptapeptid fraqmentinin fəza quruluşu”, Əhmədov Təbriz Cəsur oğlu “Atom elektrik stansiyalarında nüvə yanacaqları”, Eminova Aytac Rahim qızı “Neytron şüalanmasının təsiri altında 3C SiC nanomateriallarında əmələ gələn struktur defektlərinin tədqiqi” və Süleymanova Aytac Vüqar qızı “Bir sıra tibbi bioloji polimerlərin suya termodinamik hərisliyinin təyini” mövzularında məruzə ediblər. Məruzələr üzrə kafedra müəllimləri tərəfindən müzakirələr aparılıb və magistrantlara dissertasiya işlərinin tamamlanması istiqamətində lazımi tövsiyələr verilib.