Maddə quruluşu kafedrasında magistrantlarla görüş keçirilib
16 oktyabr 2024-cü il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasında kafedranın ixtisaslaşmaları üzrə magistraturaya qəbul olunmuş I kurs maqistrantlarla kafedranın müəllimlərinin görüşü keçirilib. Görüşün məqsədi magistrantları kafedranın elmi istiqamətləri ilə tanış etmək, onların kafedrada aparacaqları elmi işlərin gedişatı haqda məlumat vermək olub. “Bioloji sistemlər fizikası” ixtisaslaşması haqda Alim Həsənov, “Atom və nüvə fizikası” ixtisaslaşması haqda Sacidə Əbdülvahabova və “Radiasiya materialşünaslığı” ixtisaslaşması haqda Elçin Hüseynov ətraflı məlumat veriblər, bu sahələrdə elmi iş aparan müəllimlərlə tələbələri tanış ediblər. Magistrantları maraqlandıran suallara cavablandırılıb və sonra hər bir magistrant üçün elmi rəhbər təyin edilib.