Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib
24 noyabr 2022-ci il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi Leyla Ağayeva “Opioid peptidlərin fəza quruluşu” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Opioid peptidlər, mərkəzi sinir sisteminin (beyin və onurğa beyni) neyronları tərəfindən neyrotransmitter kimi çıxış edən və yaranan molekullardır. Onlar əsasən endorfinlər, dinorfinlər və enkefalinlər olan opioid peptidlər, mərkəzi sinir sisteminin neyronları tərəfindən sintez edilən, ağrı modulyatoru rolunu oynayan və əlavə olaraq, bədən temperaturunun tənzimlənməsində, asılılıqların inkişafında iştirak edirlər. İştahın tənzimlənməsində və bir çox digər bioloji proseslərdə də rol oynayırlar. Qida maddələrindən alınmış bir sıra ekzogen peptidləri də opioidəbənzər xassələrə malikdir. Nəzəri konformasiya analizi üsulu ilə opioid peptid sinfinə daxil olan, qida madələrindən alınan bir sıra molekulların fəza quruluşu tədqiq olunub, onların stabil konformasiyaları yığımı, ikiüzlü fırlanma bucaqlarının qiymətləri, konfomasiya mütəhərrikliyi,onları stabilləşdirən aminturşu qalıqları arası və daxili qarşılıqlı təsir qüvvələri müəyyən edilib.