“Maddə quruluşu” kafedrasının elmi seminarı keçirilib

20 aprel 2026-cı il tarixində Fizika fakültəsi “Maddə quruluşu” kafedrasının elmi seminarında kafedranın II kurs magistrantların dissertasiya mövzuları üzrə məruzələri dinlənilib.
“Bioloji sistemlər fizikası” ixtisaslaşması üzrə Fidan Qurbanova “Metanol, etanol və propanolun sulu məhlullarında struktur temperaturunun tədqiqi”, Elnurə Miriyeva “Müxtəlif molekulyar kütləli dekstranın sulu məhlulunun struktur temperaturu” və Yasəmən Kərimli “Rubiskolin 6 molekulunun analoqlarının fəza quruluşu” mövzularında çıxış ediblər.
Magistrantların məruzələri ətrafında müzakirələr aparılıb və dissertasiya işlərinin müdafiəyə təqdim olunması üçün faydalı tövsiyələr verilib.