“Maddə quruluşu” kafedrasının elmi seminarı keçirilib

23 aprel 2026-cı il tarixində Fizika fakültəsi “Maddə quruluşu” kafedrasının elmi seminarında kafedranın II kurs magistrantların dissertasiya mövzuları üzrə məruzələri dinlənilib.
“Atom və nüvə fizikası” ixtisaslaşması üzrə Gövhər Məmmədova “Proton-proton toqquşmalarında redje trayektoriyasının t-dən asılılığı və iki komponentli pomeron modeli”, Aysel Bayramlı “β-parçalanma ehtimalının leptonların orbital momentindən asılılığı”, Kənan Əmənov “0+ halların (t,p) reaksiyalarında yaranması”, “Radiasiya materialşünaslığı” ixtisaslaşması üzrə Məlahət Mövsümova “Sürətli Neytronların Uran Karbidlə qarşılıqlı təsir prosesləri” və Natavan Bədəlova “Silisium karbid nanokristallarının nüvə reaktorlarında örtük elementi kimi tətbiq potensialı” mövzularında çıxış ediblər. Magistrantların məruzələri ətrafında müzakirələr aparılıb və dissertasiya işlərinin müdafiəyə təqdim olunması üçün faydalı tövsiyələr verilib.