Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib
24 oktyabr 2024-cü il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Tünzalə Bayramova “Kvant fizikası və insan” mövzusunda məruzə edib. Məruzəçi Kvant fizikasının inkişafına fəlsəfi baxisları təqdim edib. O, Plank hipotezi, onun Eynşteyn tərəfindən daha da inkisaf etdirilməsi barədə danışıbi. Lui de -Broyla görə zərrəciklərin özlərini həm də dalğa kimi aparması, Şredinger tərəfindən zərrəciklərin dalğa tənliyinin verilməsi, bu dalğaların ehtimal xarakterli olması, Heyzenberqin qeyri-müəyyənlik prinsipi, zərrəciyin eyni anda müxtəlif yerlərdə olması ehtimalı, Everettin kvant aləmini coxdünyalı interpretasiyası, İnsan şüuru və kvant aləmi barədə fikirlərini bölüşüb.