Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib
30 mart 2023-cü il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Niyazi Həsənov "Defektlərin Cd1-xMnxTe yarımmaqnit yarımkeçiricilərinin elektron strukturuna təsiri" mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, yarımmaqnit yarımkeçiricilərin bərk məhlullarının nazik təbəqələri son illərdə intensiv tədqiqat obyektlərinə çevrilib. Günəş batareyaları, qaz sensorları və s. yaradılmasında bu materiallar uğurla tətbiq olunur. N.Həsənov qeyd edib ki, aparılmış tədqiqatlarda Cd1-xMnxTe bərk məhlulları sintez olunub, şüşə və slyuda altlıqlarda molekulyar dəstələrin kondensasiyası metodu ilə onların nazik təbəqələri alınıb, təmiz, hamar səthə malik epitaksial təbəqələri almaq üşün optimal şərait müəyyən olunub, Cd1-xMnxTe yarımmaqnit yarımkeçiricilərinin (YMY) elektron strukturu rentqendiframetrik üsulla, səthin morfoligiyası isə elekrtonmikroskopik metodla öyrənilib, müxtəlif növ defektlərin (vakansiya, düyünlər arası atom, Frenkel cütü) YMY-nin elektron strukturuna təsiri öyrənilib, defekt əmələ gəlmə enerjisi hesablanıb.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.