Maddə quruluşu kafedrasının seminarında magistrantların məruzələri dinlənilib
25 aprel 2025-ci il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının elmi seminarında magistrantlarının magistr dissertasiyalarının ilkin müzakirələri keçirilib. Kafedranın II kurs magistrantlarından «Bioloji sistemlər fizikası» ixtisaslaşması üzrə Azadə Novruzlu «Yüksək tezlikli elektromaqnit sahəsinin KCl və NaCl duzlarının sulu məhlullarının xassələrinə təsiri» (elmi rəhbər f.-r.e.n., dos. Niyazi Həsənov), Aytac Süleymanova «Bir sıra tibbi-bioloji polimerlərin həllediciyə (suya) termodinamik hərisliyinin təyini» (elmi rəhbər f.-r.e.n. Nicat Əhmədov), Nərmin Əliyeva «Oryzatensin molekulunun fəza quruluşunun tədqiqi» (elmi rəhbər f.ü.f.d. Leyla Ağayeva), «Atom və nüvə fizikası» ixtisaslaşması üzrə Səyarə Talibzadə «0+ səviyyələrinin xarakteristikalarının SU(5) alt qrup vasitəsilə öyrənilməsi» (elmi rəhbər f.r.e.d. prof. Sacidə Əbdülvahabova), Rəhimə Yusifova «Neytronların maddələrdən keçərkən diffuziyası» (elmi rəhbər f.r.e.n., dosent Tünzalə Bayramova), Aytac Mürsəlova «Adronların difraksiyası və Redce trayektoriyası» (elmi rəhbər f.r.e.n., Leyla Ağamalıyeva), «Radiasiya materialşünaslığı» ixtisaslaşması üzrə Təbriz Əhmədov «Yavaşımış neytronların təsiri altında UO2 tip nüvə yanacağında defektəmələgəlmə prosesləri» (elmi rəhbər akademik Adil Qəribov), Aytac Eminova «Neytron selinin təsiri altında 3C-SiC nanokristallarında yaranan struktur defektlərinin tədqiqi» (elmi rəhbər prof. Elçin Hüseynov) mövzularında məruzə ediblər. Magistrantların məruzələri ətrafında müzakirələr aparılıb və dissertasiya işinin lazımi səviyyədə tamamlanması üçün zəruri tövsiyələr verilib.