Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib
28 aprel 2025-ci il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarında kafedranın II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Seminarda Kvant elektronikası ixtisaslaşması üzrə Nəzrin Sultanova "Faza effektləri nəzərə alınmaqla məcburi Mandelştam-Brilluen səpilmə komponentinin çevrilməsinin effektivliyi" (elmi rəhbər: professor Rəna Qasımova), Nigar Qaragözlü "Bir rezenatorlu parametrik generatorunda lazer şüalanmasının göz üçün təhlükəsiz çıxış şüalanmasına effektiv çevrilməsi" (elmi rəhbər: professor Rəna Qasımova), İstilik fizikası və molekulyar fizika ixtisaslaşması üzrə: Gültəkin Qəribova "Tirozinhidroksilaza fermentinin oktapeptid fraqmentinin fəza quruluşu" (elmi rəhbər: professor İradə Əliyeva), Sona Məmmədova "Qrip virusu peptidinin analoqlarının quruluş-funksiya əlaqələri" (elmi rəhbər: dosent Gültəkin Abbasova), Gülxar Alıyeva "Mikrob mənşəli melaninlərin dəmir ionları ilə kompleks birləşmə əmələ gətirməsi" (elmi rəhbər: baş müəllim Rafiq Bağırov), Lalə Qocayeva: "Sait səslərin enerji maksimumlarına uyğun formant tezlikləri" (elmi rəhbər: baş müəllim Lətif Əliyev) mövzularında məruzə ediblər.
Seminarın sonunda məruzəçilər sualları cavablandırıb, müzakirələr aparılıb və magistrantlara dəyərli tövsiyələr verilib.