Nazik təbəqələrin kristallaşma kinetikası müzakirə olunub
29 aprel 2025-cü il tarixində Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Eldar Ələkbərov “AMORF NAZİK TƏBƏQƏLƏRİN KRISTALLAŞMA KİNETİKASI” mövzusunda məruzə edib. Əvvəlcə seminar iştirakçılarına mövzu üzrə elmi ədəbiyyat məlumatlarını təqdim edən məruzəçi bildirib ki, Hhhh
kristallaşma mərkəzlərinin yaranma sürəti (vn), yəni metastabil fazada olan vahid həcmdə vahid zamanda çevrilmələrin müqabilində kristallaşma mərkəzlərinin yaranması kristallaşma nüvələrinin sayı kimi qəbul edilir. Kristallaşmanın xətti sürəti (vb) isə yaranan yeni fazada artan nüvələrin xətti ölçülərinin dəyişmə sürəti kimi qəbul edilir. Bərk təbəqələrdə quruluş çevrilmələrinin kinetikasının tədqiqi zamanı kinetik əyrinin forması yeni fazanın həcminin “vt” izotermik emal temperaturunun davamlılığı kimi nəzərə alınmaqla, eksperimental olaraq müəyyən edilir. Qeyd etmək lazımdır ki, məlum nəzəriyyədən istifadə etməklə dəqiq nəticələr əldə etmək üçün, “vt” ilə əlaqədar təcrübədən əldə olunan ədədi qiymətlər kifayət qədər dəqiq ölçülməlıdır. Altlıq üzərində formalaşan kristal təbəqə ilə altlıq arasındakı sərhəddə qarşılıqlı təsiri nəzərə alınmadıqda, faza çevrilməsi prosesində kristallaşmış “vt” həcminin müəyyən edilməsində təxminən 15%-dək xəta ola bilər.
E.Ələkbərov tədqiqatlarında amorf nazik təbəqənin kristallaşma kinetikasının EMR-102 markalı elektronoqraf qurğusunun imkanlarından istifadə edilərək öyrənildiyini və kinematik elektronoqramlar əldə edildiyini nəzərə çatdırıb. O, qeyd edib kiƏ elektronoqramda görünən difraksiya mənzərəsinin reflekslərinin intensivliyi fotoelektron qurğu vasitəsilə müəyyən edilib. Belə nəticəyə gəlinib ki, gördüyümüz kinematik elektronoqramda öncə amorf fazanı və daha sonra kritallaşma prosesini təsdiq edən düz xətlərin (reflekslərin və ya Debay halqalarının) görünməsi və tədricən dəyişməsi nazik təbəqədə baş verən faza çevrilmələrindən xəbər verir.
Seminarın sonunda məruzəçi sualları cavablandırıb və mövzu üzrə müzakirələr aparılıb.