Nəzəri fizika kafedrasında elmi seminar keçirilib
17 may 2023-cü il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasında magistrantların magistr dərəcəsi almaq üçün dissertasiya işlərinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda “Yüksək enerjilər fizikası” ixtisaslaşması üzrə II kurs magistrant Babayeva Safurə Çingiz qızı «Hiqqs bozonun kvark-antikvarka parçalanmasında qlüonun şüalanması: » (Elmi rəhbər – f.-r.e.n., dosent Məcid Qocayev) mövzusunda dissertasiya işi üzrə məruzə edib. Təqdim olunan işdə skalyar Hiqqs bozonun yüksək enerjili kvark-antikvarka parçalanmasında qlüonun şüalanması prosesi Standart Model çərçivəsində öyrənilib. prosesinin amplitudu və parçalanma eni üçün analitik ifadələr alınıb, bu kəmiyyətlərin zərrəciklərin enerjisindən asılılığı tədqiq olunub, nəticələr qrafiki təsvir edilib.
Sonra “Yüksək enerjilər fizikası” ixtisaslaşması üzrə II kurs magistrant Ağacanova Yaqut Xəzər qızı «Hiqqs bozonun iki fotona parçalanması: » (Elmi rəhbər – f.-r.e.d., professor Sərhəddin Abdullayev) mövzusunda dissertasiya işi üzrə məruzə edib. Dissertasiya işində Hiqqs bozonun fermion-antifermion cütünə (, , , real və virtual kalibrlənmə bozonlarına ( ), iki fotona () və fotona və vektor bozona () parçalanma proseslərinin müasir ədəbiyyat məlumatları əsasında müqayisəli təhlili aparılıb.
Skalyar Hiqqs bozonun virtual fermion (lepton, kvark) və yüklü -bozon ilgək diaqramları hesabına kütləsiz -kvantlara parçalanması prosesinin amplitudu və parçalanma ehtimalı üçün analitik ifadə alınıb. Göstərilib ki, bozonun iki fotona parçalanması prosesində ya hər ikisi sol (), ya da hər ikisi sağ polyarlaşmış () foton cütləri yarana bilər. prosesinin ehtimalının fotonların dairəvi polyarlaşma halları üzrə cəmlənmiş və parçalanma ehtimalının Hiqqs bozonun kütləsindən asılılığını göstərən ifadəsi alınıb.
Məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıb. Kafedra müəllimləri magistrantlara dissertasiya işilərinin başa çatdırılması və müvafiq qaydalara uyğun tərtibatı istiqamətində tövsiyələr veriblər.