Nəzəri fizika kafedrasında elmi seminar keçirilib
01 may 2024-cü il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının növbəti elmi seminarında İkinci kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. “Nəzəri fizika” ixtisaslaşması üzrə magistrantlar Nərminə Hüseynova (Mövzu: “Hiqqs bozonun H->ZZ->4l parçalanma prosesində eyni zərrəciklər və lepton kütlə effektləri”; elmi rəhbəri prof. Sərhəddin Abdullayev), Aytən Şükürova (Mövzu: “Elektron-pozitron səpilməsində Hiqqs bozonun yaranması”; elmi rəhbəri prof. Sərhəddin Abdullayev), İlyas Abuşzadə (Mövzu: “Kiçik miqyaslı MHD – dinamo və onun turbulent plazmada kaskadı”, elmi rəhbəri Mahir Pirquliyev), “Yüksək enerjilər fizikası” ixtisaslaşması üzrə magistrantlar Rəşid Hafizov (Mövzu: “Kleyn-Qordon tənliyinin eksponensial tipli potensial üçün analitik həlləri”; elmi rəhbəri prof. Şakir Nağıyev), Samir Yusifov (Mövzu: “Heliosfer daxilində günəş küləyi zərrəciklərinin zərbə dalğaları ilə sürətlənməsi”; elmi rəhbəri dos. Mirnamiq Bəşirov), Ümid Dadaşov (Mövzu: “Elektron-elektron səpilməsində Hiqqs bozonun yaranması”; elmi rəhbəri prof. Sərhəddin Abdullayev) dissertasiya üzrə görülmüş işləri təqdim edərək, tədqiqat mövzularının aktuallığı, qarşıya qoyulan məqsəd və vəzifələr, işin gedişi, alınmış nəticələr və nəticələrin aprobasiyası haqqında məlumat veriblər. Hər bir magistrantın məruzəsi üzrə müzakirələr aparılıb və dissertasiya işlərinin tərtibatı nəzərdən keçirilib. Sonda magistrantların əsas müdafiəyə hazırlığı qiymətləndirilib, onlara tövsiyələr verilib, dissertasiya işlərinin əsas müdafiəyə buraxılması ilə bağlı qərar qəbul olunub.