Nəzəri fizika kafedrasında magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.
30 aprel 2025-ci il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının növbəti elmi seminarında Fizika ixtisasının Nəzəri və riyazi fizika ixtisaslaşması üzrə II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Magistrantlar Rabiyə Nağıyeva (Elmi rəhbər – prof. Rauf Cəfərov) “W+, W- və Z0 bozonların Hiqqs bozonu mübadiləsi ilə səpilmələrinin qeyri-perturbativ rejimdə tədqiqi”, Arzu Quliyeva (Elmi rəhbər – dos. Şahin Məmmədov) “Foton Trayektoriyasının Raysner-Nordström Anti-de Sitter qara dəliyində əyilməsi”, Milana Qasımova (Elmi rəhbər – f.ü.f.d. Nərmin Əkbərova) “5 ölçülü yüklü AdS qara dəliyində Coul-Tomson genişlənməsi” mövzusunda dissertasiya işlərini təqdim ediblər. Hər üç magistrant mövzu üzrə yerinə yetirdikləri işlər barədə danışıb və aldıqları nəticləri diqqətə çatdırıblar.
Magistrantlar seminar iştirakçılarının suallarını cavablandırıblar. Müzakirələr aparılıb və dissertasiya işlərinin müdafiəyə tam hazır vəziyyətə gətirilməsi məqsədilə magistrantlara tövsiyələr verilib.