Nəzəri fizika kafedrasında seminar keçirilib
03 may 2023-cü il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının seminarı keçirilib. Seminarda fakültənin II kurs magistrantı Aygün Qocayeva “Böyük Hadron Kollayderində Çarcino Cütünün Yaranması” mövzusunda dissertasiya işi üzrə məruzə ilə çıxış edib. İşdə Minimal Supersimmetrik Standart Modeldə proton-proton toqquşmasında çarcino cütünün yaranması prosesi öyrənilib. Prosesin effektiv kəsiyini hesablamaq üçün alt proses üçün prosesi götürülüb. prosesinin diferensial və tam effektiv kəsikləri üçün analitik ifadələr tapılıb. Tam effektiv kəsiyin enerjidən, kalibrionun kütləsindən asılılıqları ətraflı öyrənilib.
Məruzə maraqla qarşılanıb, seminar iştirakçıları məruzəçiyə dissertasiya işinin tamamlanması üçün faydalı tövsiyələrini veriblər.