Nəzəri fizika kafedrasında magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib
07 may 2025-ci il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının növbəti elmi seminarında Fizika ixtisasının Yüksək enerjilər fizikası ixtisaslaşması üzrə II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Magistrantlar İlahə Agasıyeva (elmi rəhbər – prof. Sərhəddin Abdullayev) “Elektron-pozitron toqquşmasında polyarlaşmış Λ0 - hiperonun yaranması (e-e+→ Λ0X)”, Simuzər Hüseynova (elmi rəhbər – dos. Vətən Bədəlov) “Ümumiləşmiş Vuds-Sakson və Kratzer -Fues potensiallarının cəmi üçün Şredinger tənliyinin analitik həlli”, Gözəl Rzayeva (elmi rəhbər – prof. Sərhəddin Abdullayev) “Müon-nuklon toqquşmasında polyarlaşmış hiperonun yaranması (µ-N→ʋµ Λ0X)” mövzusunda dissertasiya işlərini təqdim ediblər. Hər üç magistrant mövzu üzrə yerinə yetirdikləri işlər barədə danışıb və aldıqları nəticləri diqqətə çatdırıblar.
Magistrantlar seminar iştirakçılarının suallarını cavablandırıblar. Müzakirələr aparılıb və dissertasiya işlərinin müdafiəyə tam hazır vəziyyətə gətirilməsi məqsədilə magistrantlara tövsiyələr verilib.