Optika və molekulyar fizika kafedrasında “Açıq dərs” keçirilib
07 mart 2023-cü il tarixində Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasında saat hesabı qaydada dərs aparan gənc müəllim, Xəyal Əliyevin “Açıq dərs”i keçirilib. “Açıq dərs” Ümumi fizika kursunun IV bölməsi olan “Optika” fənni üzrə məşğələ dərsində olub. Dərsdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova və kafedranın baş müəllimi Rafiq Bağırov iştirak edib. Xəyal Əliyev “Optika” fənnindən keçdiyi məşğələ dərsi “Həndəsi optikanın əsas qanunları” mövzusuna həsr olunub. Əvvəlcə müəllim tərəfindən mövzu ilə bağlı ümumi sorğu-sual aparılıb və tələbələrin bir çoxunun bu prosesdə aktiv iştirakı təmin olunub. İşığın bircins mühitdə düz xətt boyunca yayılması, işığın qayıtma, işığın sınma və işıq dəstələrinin asılı olmaması qanunları ətrafında müzakirələr aparılıb. Sonra konkret tətbiqi xarakterli məsələlər tələbələrlə birlikdə həll edilib. Bundan başqa müstəqil həll etmək üçün lövhəyə ayrı-ayrılıqda bir neçə tələbə dəvət olunub. Dərsin gedişatına əsasən gənc müəllim Xəyal Əliyev qarşıya qoyduğu məqsədə nail olduğunu demək olar.