Optika və molekulyar fizika kafedrasının elmi seminar keçirilib
23 may 2024-cü il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın professoru Rasim Məmmədov "Metal - nanokompozit Şottki keçidləri əsasında Yaşıl Enerji Mənbələri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, real metal - yarımkeçirici keçidlərdə (Şottki keçidlərində) konntakt səthinin məhdudluğu hesabına yaranan əlavə elektrik sahəsinin elektron proseslərində fəal iştirak etməsi elektrik hərəkət qüvvəsinin (e.h.q.) yaranmasına səbəb olur. Şottki keçidinin konstruktiv quruluşunun optimal seçilməsi e.h.q.- nin geniş intervalda dəyişməsinə və müxtəlif işçi parametirli “Yaşıl Enerji Mənbələri”nin hazırlanmasına imkan yaradır. Şottki keçidinin yarımkeçirici elektrodu olaraq nanokompozit materialdan istifadə edilməsi əlavə elektrik sahəsinin yüksəldilməsinə və elektrik parametrlərin idarə olunmasını təmin edir.
Rasim Məmmədovun təqdim etdiyi araşdırma nəticələri seminar iştirakçıları arasında maraq doğurub və geniş müzakirələrə səbəb olub.