Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib.
04.10.04.2023-cü il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın İstilik fizikası və molekulyar fizika ixtisaslaşması üzrə II kurs magistrantı Çiçək Məmmədova “Molekullararası qarşılıqlı təsir qüvvələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qarşılıqlı təsirdə olan molekulların quruluşunda van der Vaals qarşılıqlı təsirinin rolu, induksion, orientasion və dispersion qarşılıqlı təsirlərin və hidrogen rabitələrinin bioloji molekulların quruluş-funksiya əlaqələrinin tədqiqində rolu haqqında məlumat verilib. Məruzə üzrə müzakirələr aparılıb və sonda məruzəçi sualları cavablandırıb.