Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib

23 aprel 2026-cı il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının elmi seminarında Nanomaterialların kimyəvi fizikası kafedrasının Nanoquruıuşların fizikası və texnologiyası ixtisası üzrə 2-ci kurs doktorantı Türkan Musayeva “Molibden disulfid (MoS₂) və polikarbonat (PC) əsaslı nanokompozitlərin alınması, quruluşu və xüsusiyyətləri” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, apardığı tədqiqatlar zamanı polikarbonat (PC) əsasında molibden disulfid (MoS₂) əlavə olunaraq nanokompozit materiallar hazırlanıb. Nümunələr məhlul üsulu ilə əldə edilib və XRD, TGA/DSC metodları ilə analiz olunub. Nəticələr göstərib ki, MoS₂ əlavəsi materialın strukturunu yaxşılaşdırır və termiki davamlılığını artırır. Kompozitlər 400–450°C-yə qədər stabillik nümayiş etdirir və yüksək temperatur şəraitində istifadə üçün perspektivlidir.
Seminarın sonunda suallar cavablandırılıb və müzakirələr aparılıb.