Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib

25 fevral 2026-cı il tarixində Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın fəlsəfə doktoru proqramı üzrə doktorantı Gülyaz Nəcəfova “Amiloid beta-peptid (25–35) molekulunun, onun analoqlarının fəza quruluşları və quruluş-funksiya əlaqələri” mövzusunda çıxış edib.
Məruzədə Alzheimer xəstəliyinin molekulyar mexanizmlərində mühüm rol oynayan Aβ(25–35) peptidinin konformasiya xüsusiyyətləri, onun fraqmentləri və analoqlarının fəza quruluşları, molekulyar mexanika, molekulyar dinamika və kvant-kimyəvi hesablamalar əsasında əldə edilmiş nəzəri nəticələr, həmçinin FTIR, dairəvi dixroizm (CD) və NMR spektroskopiyası üsulları ilə aparılmış eksperimental tədqiqatların nəticələri müzakirəyə təqdim olunub. Həmçinin, peptidin müxtəlif mühitlərdə konformasiya-dinamika xüsusiyyətləri, molekuldaxili qarşılıqlı təsirlərin stabilləşmədə rolu və aqreqasiya meyllərinin molekulyar əsasları haqqında məlumat verilib. Təqdim olunan nəticələrin Alzheimer xəstəliyinin molekulyar səviyyədə anlaşılması və yeni farmakoloji yanaşmaların işlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Seminarın sonunda suallar cavablandırılıb və müzakirələr aparılıb.