Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib
08 aprel 2024-cü il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Cəmilə Abbaszadə “Optik liflərdə dörd dalğalı qarşılıqlı təsir. Öz-özünə və çarpaz modulasiya effektləri (Четырехволновое взаимодействие в оптоволокне. Эффекты самомодуляции и кроссмодуляции)” mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, təqdim olunan işdə sabit intensivlik yaxınlaşmasında dörd dalğalı qarışdırma ilə kubik optik lifli mühitdə öz-özünə və çarpaz qarşılıqlı təsirlərin təsiri öyrənilir. Tədqiqatın nəticələri göstərib ki, lazer şüalanmasının güclü sahəsində özünün və çarpaz modulyasiyanın təsiri dörd dalğalı qarışıq siqnal dalğasının həyəcanlanması üçün şəraitin dəyişməsinə gətirib çıxarır. İstifadə olunan yaxınlaşma lifin koherent uzunluğunu, xətti faza uyğunsuzluğunun optimal dəyərlərini, nasos və boş dalğaların intensivliyini hesablamağa imkan verir. Lifin optik xassələrini dəyişdirməklə, dörd dalğalı qarışdırma prosesini idarə etmək, onu minimuma endirmək, çıxan koherent şüalanmanın intensivliyi ilə idarə , dörd dalğalı prosesdə zərərli təsirlərin məhdudlaşdırılmasına nail olmaq olar.