Optika və molekulyar fizika kafedrasının seminarı keçirilib

6 may 2026-cı il tarixində Optika və Molekulyar Fizika kafedrasında elmi seminar keçirilib. Seminar çərçivəsində “Fizika” ixtisasında təhsil alan IV kurs tələbələrinin buraxılış işləri üzrə məruzələri dinlənilib və müzakirə olunub.
Seminarda Cavad Məmmədli “Biomolekulyaların quruluşu və xəstəliklərin biofiziki əsaslarının nəzəri tədqiqi” mövzusunda (elmi rəhbər dosent Lalə Hacıyeva), Fidan Əzimzadə “Antioksidant xəstəliklərində tirozin tərkibli xətti dipeptidlərin müqayisəli konformasiya analizi” mövzusunda (elmi rəhbər dosent Gülşən Ağayeva), Nəzrin Ağayeva “CAS texnoloji təbəqələrinin alınması və quruluşunun tədqiqi” mövzusunda (elmi rəhbər müəllim Vüsalə Məmmədova) və Elvira Eyvazəliyeva “Karbohidrogen molekulunun kvant-kimyəvi hesablanması” mövzusunda (elmi rəhbər baş müəllim Şəhla Hacıyeva) məruzələrlə çıxış ediblər.
Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, təqdim olunan mövzular ətrafında geniş müzakirələr aparılıb və müvafiq elmi tövsiyələr verilib.